19 may 2025 at 14:35
Jurnalist kodu: 5564
Xəbər kodu: 85837664
T T
0 Persons
SEPAH Quru Qoşunlarının xüsusi təyinatlıları ilə Azərbaycan Ordusu arasında birgə təlimin ikinci gününün açılış mərasimi

Tehran - İRNA - İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Quru Qoşunlarının xüsusi təyinatlıları ilə Azərbaycan Ordusu Quru Qoşunlarının xüsusi təyinatlıları arasında keçirilən birgə təlimin ikinci günü təlimin açılış mərasimi ilə davam edib.

SEPAH Quru Qoşunları Əməliyyatları Komandanının müavini və Birgə Təlim Komandiri general-mayor Vəli Mədəni açılış mərasimi çərçivəsində təlimin məqsədlərinə toxunaraq deyib: “Bu təlim iki ölkənin strateji, əməliyyat və hərbi məqsədlərini yüksəltmək üçün və İran və Azərbaycan prezidentləri arasında razılaşmalar əsasında həyata keçirilir. Ötən il onun birinci mərhələsi İran İslam Respublikasının coğrafi ərazisində keçirilib, bu il də həmin yolu davam etdirərək Azərbaycanın coğrafi ərazisində həyata keçirilir."

SEPAH Quru Qoşunlarının xüsusi təyinatlıları ilə Azərbaycan Ordusu arasında birgə təlimin ikinci gününün açılış mərasimi

General-mayor Mədən bu təlimdə SEPAH Quru Qoşunlarının Mirzə Kiçik Xan Xüsusi Təyinatlı Qüvvələr Briqadasından bir batalyonun iştirakına toxunaraq əlavə edib: "SEPAH Quru Qoşunlarının Xüsusi Təyinatlı Qüvvələri tam təchiz edilmiş, bacarıqlı və yüksək ixtisaslaşmışdır və biz imkan və texnikamızın bir hissəsini təlim zonasına köçürdük.”

SEPAH Quru Qoşunlarının xüsusi təyinatlıları ilə Azərbaycan Ordusu arasında birgə təlimin ikinci gününün açılış mərasimi

Birgə təlim komandiri daha sonra izah edib: "Bu təlimin açılış mərasimində iki ölkənin yüksək rütbəli hərbi komandirləri və hərbi attaşeləri Azərbaycan Respublikası şəhidlərinin xatirəsinə ucaldılmış “Dəmir yumruq” abidə kompleksində iştirak edərək bu ölkə şəhidlərinin xatirəsini ehtiramla yad etdilər. Bundan sonra yüksək rütbəli hərbi komandirlər İran İslam Respublikasının və Azərbaycan Respublikasının bayraqlarını salamladılar, daha sonra təlimdə iştirak edən qüvvələr komandirlər və hərbi qulluqçuların qarşısında parad keçirib, komandirlər sıra baxışı keçirdilər."

“Sabah bu məşq xüsusi təlimlərlə davam etdiriləcək” - deyə, o, sonda bildirib.

Sizin rəyiniz

You are replying to: .